İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qadın siqareti keçmiş sevgilisinin dodağında söndürdü: Cərimə olundu

Azərbaycanda keçmiş sevgilisini çılpaq soyundurub, evdən qovan qadınla bağlı məhkəmə qərar verilib.

Musavat.com qaynarinfo-ya istinadən xəbər verir ki,hadisə Qazaxın kəndlərindən birində baş verib.

Belə ki, rayon sakini Rövşən Kəlbiyev (soyad şərti) 1984-cü il təvəllüdlü Vüsalə adlı qadınla sevgi münasibətində olub. Sonradan aralarında yaranmış mübahisələrə görə ayrılıblar.

Vüsalə Rövşənin rayonda onun barəsində nalayiq ifadələr işlətdiyini eşidib. Bundan qəzəblənən qadın onun üçün bozartma bişirdiyini və təcili evə gəlməyini xahiş edib. Rövşən də qadının dediklərinə inanaraq taksi ilə Vüsalənin evinə gedib. Qadın ona çay süzüb və evin giriş qapısını bağlayıb-bağlamadığını soruşub, o da qapını bağladığını deyib.

Bundan sonra Vüsalə Rövşəni yerə yıxaraq şalvarın kəmərini çıxarıb və boynuna dolayıb. Vüsalə əvvəlcədən evə çağırdığı Adil adlı tanışı ilə onun ayaqlarını şərflə bağlayıb. Vüsalə Rövşənin əvvəlcədən yandırdığı siqareti kül qabından götürərək, onun dodağına basıb. Bir daha onun ünvanına rayonda ağır ifadələr işlətməməsini tələb edib.

Bundan sonra Rövşən çılpaq vəziyyətdə Vüsalənin yaşadığı evdən çıxaraq hadisə yerindən uzaqlaşıb. Baş verən hadisə ilə bağlı polisə məlumat verib və qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib. İş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə Vüsalə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 500 manat məbləğində cərimə edilib. Cinayət işində adı hallanan Adil adlı şəxslə bağlı hər hansı qərarın verilib-verilməməsi məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR