İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda prezident seçkiləri niyə önə çəkildi? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Ölkə baçısı İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Keçiriləcək seçki ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, bu Sərəncamın qəbul edilməsi və onun yerinə yetirilməsinə zərurət var:

"Prezident seçkiləri 2025-ci ildə aprel ayında keçirilməli idi, cənab Prezident bunu önə çəkdisə, yəqin ki, buna ciddi tarixi və siyasi zərurət yaranıb. Çox böyük məmnuniyyətlə bu tarixi günə hazırlaşmalıyıq. Möhtərəm cənab Prezidentin bir daha növbəti illər üçün Azərbaycanın dövlət başçısı seçilməsi uğrunda mübarizənin içərisində yer almalıyıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR