İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məşhur mağazalar şəbəkəsi BAĞLANIR

Azərbaycanın böyük elektronika və məişət texnikasının satış şəbəkəsi “Maxi.az” bağlanır.

Musavat.com Ölkə.az-a istinadən xəbər verir ki, şirkətin müxtəlif ünvanlarda yerləşən əksər filialları ləğv olunub.

“Maxi.az”dan “Ölkə.Az”a bildirilib ki, hazırda fəaliyyət göstərən bəzi filialları da iyun ayının sonuna qədər işləyəcək. Şirkətin məhsulları onlayn olaraq satılacaq, satış şəbəkəsi isə fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, “Maxi” şirkəti “İntegral Plus” mağazalar şəbəkəsinin əsasında qurulub və 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb. Şirkət Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR