İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

Məhkumlara videogörüşlər keçirmək hüququ verilir.

Musavat.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR