İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı - Statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 825 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 695 nəfər müalicə olunaraq sağalıb, hazırda 466aktiv xəstə var. Bu günə qədər 9 989 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1834, bu günə qədər isə ümumilikdə 7 401 526 test icra olunub.

Musavat.com

cc6dd232-28a2-3efb-8e33-304a65f5e6f9.jpeg (64 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR