İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 485 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 087 nəfər müalicə olunaraq sağalıb, hazırda 467 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 897, bu günə qədər isə ümumilikdə 7 284 670 test icra olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR