Onlayn ictimai-siyasi qəzet
Ər arvadının başını kəsərək öldürməkdə şübhəli bilinir.
Dəhşətli qətl Xaçmaz rayonun "Yeni Həyat" qəsəbəsində qeydə alınıb.
43 yaşlı Aynurə Turabova ilə həyat yoldaşı 41 yaşlı Şamil Turabov arasında yaranan mübahisə qanla bitib.
Hadisə şahidlərinin sözlərinə görə, həyat yoldaşını qətlə yetirən kişi daha sonra özünə xəsarət yetirib və hazırda xəstəxanada müalicəsi davam edir.
Mərhumun qaynanası "Xəzər Xəbər"ə deyib ki, həmin gün əvvəllər qonşuluqda yaşayan bir şəxs onların qonağı olub. Daha sonra ev sahibi ilə qonaq arasında mübahisə yaşanıb. Qaynananın sözlərinə görə, oğlu Şamil Turabov onunla dalaşıb. O, getdikdən sonra isə ər və aravad arasında mühasiə yaranıb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ