İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda işləyən şirkət Dubayda 1.5 milyardlıq layihəni qazandı

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Dubayda yaradılan bərpa olunan enerji parkının 6-cı fazasını icra edəcək. Bu barədə Dubay enerji-su təchizatı şirkəti - DEWA məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "Masdar" 1,5 milyard dollara yaxın vəsaitlə 1.8 MVt gücündə günəş elektrik stansiyasını tikəcək. Stansiyanın 2024-cü ilin sonlarından istisimara verilməsinə başlanılacaq.

İndiyədək enerji parkının 5 fazası çərçivəsində 2.427 MVt bərpa olunan enerji istehsalı gücləri istifadəyə verilib. Parkın yaradılmasına 2010-cu ildən başlanıb.

Hazırda Dubayın enerji təminatının 16.3 faizi təmiz enerji mənbələri hesabına həyata keçirilir. 2024-cü ildə bu göstərici 24 faizə çatacaq.

2030-cu ilədək Dubay təmiz enerji parkında 5 min MVt güc formalaşdırılacaq. Bu layihəyə yatırılan investisiyaların həcmi isə 13,6 milyard dollara çatacaq.

Qeyd edək ki, Masdar Azərbaycanda 240 MVt gücündə günəş elektrik stansiyası qurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR