İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda internetin sürəti artacaq, bu ilin sonuna kimi...

“Azərbaycanda internetin sürəti artacaq. Bu gün “Aztelekom” və “Baktelecom” bildirib ki, GPON tariflərinin sürətini artırırlar”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.

ELVİN.jpg (57 KB)

O, əsas 2 məqama diqqət çəkib:

“İyunun 1-dən etibarən 30 Mbit/s internetin sürəti 40 Mbit/s-ə, 50 Mbit/s internetin sürəti isə 60 Mbit/s-ə qədər artacaq. Hesab edirəm ki, ikinci məqam daha geniş çərçivədə dəyərləndirilməlidir. May ayına qədər mediada GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 25 Mbit/s olan infrastrukturun qurulması ilə bağlı məlumatlar dərc edilirdi. Xatırladım ki, 15-16 may tarixində keçirilmiş “M360 Eurasia 2024” tədbirində isə minimum sürətin 35 Mbit/s edilməsinin hədəfləndiyi, 2020-ci ildən etibarən genişzolaqlı internetin əhatə dairəsinin ölkə üzrə 10 dəfə genişləndiyi və son 2 ildə Azərbaycanda genişzolaqlı internetin sürətinin 2 dəfə artmasından bəhs olundu. 24 may tarixində “Baktelecom” və “NOKİA” tərəfindən yayımlanan birgə press-relizə görə, Bakı şəhəri üzrə genişzolaqlı internetin əhatə dairəsi 5 dəfə genişlənib. Deməli, rəqəmsal uçurumun aradan qaldırılması üçün aparılan infrastruktur layihələri bu hədəfə çatmaq üçün kifayət qədər yetərlilik təmin edir”.

Ekspertin fikrincə, bu prosesin ölkədə genişzolaqlı internetin illik orta sürətinin artımı ilə bağlı statistikalara da təsiri müşahidə olunacaq:

“Görülən işlər fonunda növbəti “Ookla” hesabatında Azərbaycanın genişzolaqlı internet sürətinin neçənci yerdə olacağı maraqlıdır. Nəzərə alsaq ki, “Online Azərbaycan” layihəsinin son göstəricilərinə görə, Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu da ölkə üzrə təsərrüfatların 78%-ni təşkil edir. Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı hədəflənir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR