Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində hamilə həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev APA-ya bildirib ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.
Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması məhkəməyə göndəriləcəkdir.
Qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb. Nəticədə 19 yaşlı N. A. yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.
***
Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəmnində dava düşüb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.
Belə ki, 19 yaşlı Nərimanova Aynur Zahid qızı yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.
Yaralı Kliniko Tibbi Mərkəzə yerləşdirilib.
Onun anası Ruhiyyə APA-ya bildirib ki, qızı Aynur iki aylıq hamilə imiş, o sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub.
Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni Xırdalan şəhərinə gedib.
Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb.
Alim bundan hiddətlənərək həyat yoldaşını bıçaqlayıb. Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ