İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli qəza: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü - ANBAAN VİDEO

Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib.

Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.

Azyaşlının ailəsindən bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.

Qəzanın baş vermə anını əks etdirən görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR