Onlayn ictimai-siyasi qəzet
Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.
Musavat.com xəbər verir ki, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğludur.
***
Hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
"Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”ın sürücüsü, həmçinin maşındakı dörd sərnişin hadisə yerində ölüb.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ