İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: 18 yaşlı gənc 40 yaşlı kişini güllələdi

Oktyabrın 29-da 1983-cü il təvəllüdlü Burhan Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş rayon prokurorluğundan Musavat.com-a verilən xəbərə görə, araşdırma zamanı 2005-ci il təvəllüdlü Pərviz Əhmədovun rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Pərviz Əhmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR