İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha iki faydalı qazıntı yatağı istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkil etdiyi növbəti hərracda Bakının Qaradağ rayonunda yerləşən “Gülbaxt” və “Vulkan” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,9 hektar və 9,6 hektar sahəsi istifadəyə verilib.

Musavat.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı və qalibləri ilə buradan tanış olmaq mümkündür.

faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac yanvarın 6-da keçiriləcək. Hərraca “Babazənən-III” gilcə yatağının 8 LOT üzrə 53 hektar sahəsi çıxarılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR