İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu avtomobil markalarına üstünlük verilir - Ən çox alınanlar

2022-ci ildə Azərbaycanda sayı ən çox artan minik avtomobillərinin markaları bəlli olub.

Musavat.com Sfera.az-a istinadən xəbər verir ki, ötən il ərzində minik avtomobillərinin sayı 70 563 ədəd artaraq 1 419 870 ədədə çatıb.

Ötən il ölkəmizdə istifadə edilən bir çox markanın sayında artım qeydə alınsa da, daha çox “Toyota”, “Hyundai” və “Kia” markalı avtomobillərin sayı artıb.

Bir ildə “Toyota”ların sayı 13 435 ədəd artaraq 94 941 ədədə çatıb. Minik avtomobillərinin sayındakı ümumi artımın 19 faizi “Toyota”ların hesabına baş verib.

“Hyundai” və “Kia”ların da sayı xeyli artıb. “Hyundai”ların sayı 13 008 ədəd artaraq 105 833 ədədə, “Kia”ların sayı 11 598 ədəd artaraq 67 135 ədədə çatıb.

Adıçəkilən 3 marka üzrə artım 38 041 ədəd olmaqla cəmi artımın 54 faizini təşkil edib.

Bu avtomobillərlə bərabər “Opel”in sayı 6 578 ədəd artaraq 69 048 ədədə, “Chevrolet”in sayı 5 192 ədəd artaraq 44 110 ədədə, “Nissan”ın sayı 3 411 ədəd artaraq 40 701 ədədə, “Mercedes”in sayı 3 256 ədəd artaraq 212 824 ədədə çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR