Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar evlərini sutkalıq kirayə verənlərin sayı artıb.
Xezerxeber.az-ın xəbərinə görə, eskpertlər deyirlər ki, şəhərin xüsusən mərkəzi ərazilərində yerləşən mənzilləri günlük kirayə vermək ev sahibləri üçün daha sərfəlidir.
Xarici turistlər xüsusilə belə evləri "booking" platforması üzərindən rezervasiya edirlər. Burada yüksək qiymətləndirilən və şəraiti yaxşı olan evlərə tələbat daha çoxdur.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, Azərbaycanda, bölgələrdə elə evlər var ki, günlük kirayəsi min manatdan da yüksəkdir. Əgər turist qaldığı evdən, onun sahibindən razı olursa, onlayn platformada bunu yüksək xal ilə qiymətləndirir. Nəticədə turistlər belə evləri seçərkən daha rahat olurlar.
Ekspert bildirir ki, son vaxtlar 3, 4 və 5 ulduzlu hotellərə də tələbat artıb. Buna səbəb əvvəlki illərlə müqayisədə ölkəmizə üz tutan turistlərin sayının çoxalmasıdır.
Bununla belə bildirildi ki, bu ilin yanvar-sentyabr aylarında ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan "booking" üzrə bir gecə qalmaq üçün orta qiymət Türkiyənin İstanbul şəhəri və Gürcüstanla müqayisədə az olub.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ