İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda axtarışda olan biznesmen danışdı: “Mahmudovlar bir neçə milyonu...”

Ayaz Kərimov uzun illər sonra sükutu pozdu 

General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İT şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib. 

Musavat.com xatırladır ki, onun barəsində 2015-ci ildə cinayət işi açılıb və barəsində İnterpol xətti ilə axtarış elan olunub. İstintaq orqanlarının məlumatına görə, Ayaz Kərimov E.Mahmudovun oğlu Anar Mahmudovun şəriki olub.  O vaxtkı Rabitə Nazirliyinin keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telekommunications" şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.

Rabitə Nazirliyində baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə Ayaz Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, "Harley Devidson" markalı motosiklet 12.500 manat, "AKEY" MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quatroporte" markalı avtomobil 155.733.8 manat, "Jaguar XJ" markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

İş adamı Ayaz Kərimov uzun illər sonra  sükutu pozub. O, Mahmudovların fəaliyyəti və onların ofşor şirkətlər vasitəsilə ölkədən milyardlarla vəsait oğurlanması  sxemindən xəbərdar biridir.

Haqqın.az-ın əməkdaşı Azərbaycanda hələ də barəsində cinayət işi olan Ayaz Kərimovla Bolqarıstanın paytaxtı Sofiyada görüşüb. A.Kərimov 2002-ci ildən Kanada vətəndaşıdır.  

Bakıda anadan olan biznesmen rus dilində keçən müsahibədə bəzi  ilginc iddialar səsləndirib. Məsələn, deyib ki, İnterpol hələ 2018-ci ildə onun barəsində axtarış qərarını ləğv edib, onun indi sərbəst hərəkət etməsi üçün xüsusi çətinlik yoxdur. Amma onu Azərbaycanda hələ də axtarırlar və barəsindəki cinayət işinə xitam verilməyib.  

Biznesmen deyib ki, əslində təhdid yolu ilə Mahmudovları onun "Caspian Telekommunications" şirkətinə  şərik ediblər. Belə məlum olub ki, biznesmen onun oğlu  vasitəsilə o vaxt MTN rəhbəri olan atasına bahalı hədiyyələr də göndərib. Bunlar isə rəsm əsərləri və xalçalar olub. 

Onun dediyinə görə, Azərbaycanda şərikli işlətdikləri restorana görə vergi borcu Mahmudovun oğlunun onu aldatmasına görə yaranıb, belə ki, onun verdiyi pulları dövlətə ödəməyib. Keçmiş şəriki indi heç bir əlaqələri qalmayan generalın oğlunun ən çox yatırımlarının İspaniya olduğu barədə xəbərləri təsdiqləyib. Onun təxminlərinə görə, Mahmudovlar ölkədən bir neçə yüz milyonu qanunsuz olaraq ölkədən çıxarıblar. 

Ayaz Kərimov onu da deyib ki, Eldar Mahmudov vəzifədən çıxarıldıqdan bir neçə il sonra oğlu ilə münasibətləri ilə pisləşib. Onun iddiasına görə, Eldar Mahmodovun oğlu günlərin birində onu Kiprdə hətta döymək də istəyib. 

Barəsində hələ də cinayət işi və axtarış qərarı olan A.Kərimov Azərbaycana qayıdıb Mahmudovlar haqda gerçəkləri danışmaq istədiyini də istisna etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR