İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ağır qəza - qadın müəllimlər xəsarət aldı - FOTOLAR

Oğuzda yol qəzası zamanı xəsarət alanların hamısı Qarabulaq kənd məktəbinin dörd qadın müəllimidir. 

Musavat.com xəbər verir ki, hadisə nəticəsində sürücü xəsarət almayıb, digər xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.

xxx

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi olub. 

Milli.Az xəbər verir ki, hadisə Oğuz-Padar-Böyük Söyüdlü yolunun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır./report.az

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR