İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana idxal olunan TIR və qoşquların sayı kəskin artıb

Bu ilin I rübündə Azərbaycana idxal olunan dartıcıların sayı 1 229, qoşqu və yarımqoşquların sayı 1 208 ədəd təşkil edib.

Musavat.com-un Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin təqdim etdiyi statistikada deyilir.

Statistikaya əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə dartıcıların sayında 2,9 dəfə, qoşqu və yarımqoşquların sayında isə 3,25 dəfə artım olub. Belə ki, 2022-ci ilin I rübündə 420 dartıcı, 371 qoşqu və yarımqoşqu ölkəyə idxal olunub.

Bildirilir ki, beynəlxalq avtomobil daşımalarındakı inkişaf, milli daşıyıcıların bazar payının artırılması məqsədilə görülən tədbirlər bu sahəyə yeni sərmayələrin cəlb edilməsi ilə nəticələnib. Ölkəyə idxal olunan dartıcıların (TIR-ların) və qoşquların sayındakı kəskin artım bunun göstəricisidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR