İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gətirilən bibərdə virus aşkarlandı - FOTO

İrandan Azərbaycana gətirilən bibər məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində İrandan hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 452 kq və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 472 kq bibər məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən orqanizm (“Tomato brown rugose fruit virus” - pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkar olunub.

Agentlik tərəfindən istifadəyə yararsız bibər məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR