İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana bu böhtanı da atdılar – Tramp komandası Bakıya görə TERROR edilir

Azərbaycanın güc yolu ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini hələ də bir çox bədxah dairələr “həzm edə” bilməyib. Onları hamısı ya erməni lobbisinə bu və ya digər dərəcədə bağlıdır və ondan böyük maliyyə dəstəyi alır, ya “demokratiya” çuxası geymiş qatı anti-Türk, islamofob və irqçi ideologiyanın daşıyıcılarıdır, ya da elə hər ikisi.

Ancaq yaxşı ki, Azərbaycan həm əlverişli coğrafi mövqeyi, iqtisadi gücü və sanballı mineral ehtiyatları, həm də qardaş Türkiyə və digər strateji dost-tərəfdaş ölkələrlə yaxın əlaqələri hesabına, bir də əlahəzrət tarixi gerçəyin və beynəlxalq hüququn onun yanında olması sayəsində məkrli çevrələrin planlarını, ssenarilərini neytrallaşdıra, yaxud zərərsiz hala gətirə bilir. Hərçənd bu, arxayınlıq üçün əsla əsas vermir. Çünki Azərbaycana qarşı çirkin informasiya müharibəsi, şər-böhtan kampaniyası heç vaxt dayanmayıb, indi də davam edir, hətta ara-sıra güclənir...

Bu da növbəti fakt. Ötən əsrin 88-ci ilində ABŞ Konqresində qlobal dini etiqad azadlığı ilə bağlı prezidentə, dövlət katibi və parlamentə tövsiyələr hazırlamaq məqsədilə yaradılmış ikipartiyalı komissiya – Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiya (USCIFR) Azərbaycana ünvanlı yeni həyasız böhtanla çıxış edib. Erməni mediasının Amerika Erməni Milli Komitəsinə (ANCA) istinadla yazdığına görə, qurum Azərbaycandakı vəziyyəti müzakirə edib və “Vaşinqtonu bir daha artsaxda dini etiqad azadlığını pozduğuna, ermənilərə qarşı etnik təmizləmə apardığına və erməni məhbuslara qarşı sui-istifadə hallarına görə” Bakıya sanksiyalar tətbiq etməyə çağırıb.

Bildirilir ki, dinləmələr USCIRF-in bu ilin fevralında Azərbaycanda erməni əhaliyə münasibətdə guya hərbi cinayətlər törədilməsi, dini təqiblər və “artsax”dakı mifik erməni tarixi varlığını silmək üçün sistematik cəhdlərlə bağlı “sübutları üzə çıxaran” (?! – red.) faktaraşdırıcı missiyasının ardınca keçirilib. USCIRF ABŞ-ı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasında iştirak edən” Azərbaycanın dövlət qurumlarına və məmurlarına sanksiyalar tətbiq etməyə səsləyib.

“Bakı lazımi islahatları (?! – red.) həyata keçirməyənə və insanları din azadlığı hüququnu dinc şəkildə həyata keçirdikləri üçün (?! – red.) həbs edib işgəncə verənləri məsuliyyətə cəlb edənədək ABŞ hökuməti sanksiya mexanizmindən istifadə etməlidir”, - komissar Viki Hartzler sərsəmləyib. O, həmçinin bir az da uzağa gedərək və daha axmaq xəyallara dalaraq, “artsaxın işğal olunmuş ərazilərinə və ona bitişik ərazilərə beynəlxalq müşahidə missiyasının göndərilməsinin vacibliyini” vurğulayıb.

Qarabağ və ətrafı 5 ildir “işğal” altında imiş, xəbərimiz yox. Azərbaycan özü özünə, öz suveren torpaqlarına hücum edibmiş...

USCIRF sədri Stiven Şnek də ondan geri qalmayaraq oxşar sayıqlamaları dilə gətirib. Guya Qarabağda bir çox erməni dini obyektlər ya dağıdılıb, ya məhv edilmə təhlükəsi altındadır, ya da digər dini inancların ehtiyacları üçün onların təyinatı dəyişdirilib.

Söhbət konkret halda, əlbəttə ki, zaman-zaman erməniləşdirilən alban abidələrinin öz tarixi simasına və əzəli sahiblərinə qaytarılmasından gedir. Burada din-inanc, tarixi-mədəni irs əleyhinə hansı cinayət var görəsən? Yaxşı deyiblər, “kələklə gələn küləklə gedər”...

Əminik ki, Ağ Evdə və Dövlət Departamentində oturanlar bu qəbil həyasız iddiaları ciddiyə alıb da Azərbaycanla – Güney Qafqazın açar ölkəsi ilə münasibətləri bir ovuc saxtakar-separatçı-faşist erməniyə görə korlayacaq ağılda deyillər. İnanırıq ki, Tramp Amerikası erməniyə görə öz ayağına güllə atmaz.

Odur ki, haylaın ölkəmiz əleyhinə yalan-böhtana xərclədiyi pullar yenə batacaq. Pislik özlərinə qalacaq. Gec, ya tez. Necə ki, bu ilin yanvarında Bayden hökumətinin son günlərində imzalanmış və az qala, İrəvanın böyük diplomatik uğur saydığı ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasını yada salan yoxdur...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR