İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Zəngəzura hücum edəcək” uydurması kimlərə lazımdır?

Bakının indi də guya Zəngəzur dəhlizini güc yolu ilə açacağı haqda yalanlar tirajlayırlar, bu məsələdə ən aktiv rolu Fransa oynayır

Azərbaycan Qarabağda tam suverenliyini bərpa etdikdən sonra ermənipərəst dövlətlər Bakının indi də guya Ermənistanın ərazi bütövlüyünə qarşı planlar cızdığı və Türkiyənin dəstəyi ilə Zəngəzur dəhlizini güc yolu ilə açacağı haqda yalanlar tirajlayırlar.

Bu məsələdə ən aktiv rolu Fransa oynayır. Təsadüfi deyil ki, “Le Figaro” qəzeti bugünlərdə yazıb ki, Azərbaycan hakimiyyətinin Azərbaycanın qərb rayonları ilə onun eksklavı - Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etmək üçün “Zəngəzur dəhlizi” tikmək istədiyi “Sünik” bölgəsinə, Ermənistanın cənubuna hərbi müdaxilə planları hazırladığına dair şübhələr var. Ermənistanda bəzi qızışdırıcı dairələr iddia edir ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat faktiki qüvvədən düşüb və Azərbaycan 9-cu bəndi də özü icra edə bilər. Söhbət kommunikasiyaların açılmasını nəzərdə tutan və Ermənistanın bugünədək icra etmədiyi 9-cu bənddən gedir.

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”, - deyə sənəddə bildirilir. “Azərbaycan əmin edir ki, Ermənistanın cənubunda quru dəhlizi yaratmaq üçün bu ölkənin ərazisini işğal etmək niyyətində deyil”. Bu sözləri isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Röyters”ə açıqlamasında deyib. Onun sözlərinə görə, Bakı yalnız Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi istəyir və bu, hər iki ölkəyə, həm də bütün regiona xeyir verəcək. H.Hacıyev bildirib ki, Azərbaycanın Ermənistanın suveren ərazisində hər hansı hərbi hədəfi və ya vəzifəsi yoxdur, bu, Bakının gündəmindən tamamilə kənardır: “Bizim Ermənistana təklifimiz ondan ibarətdir ki, çox dinc yolla kommunikasiya xətləri, nəqliyyat xətləri çəkilsin”.

Həqiqətən də Zəngəzur dəhlizi sərhəd dəyişikliyi layihəsi deyil, regional sülh və əməkdaşlığı gücləndirəcək nəqliyyat layihəsidir. Ən qısa zamanda reallaşdırılması planlanan layihə nəinki Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya dördlüyü, təkcə Türk dünyasını deyil, Şərq-Qərb ticarətinin, demək olar ki, bütün iştirakçılarını qazandıracaq. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir halda hərbi həll nəzərdə tutmur. Türkiyə prezidentinin də çıxışı oldu ki, Ermənistan öz ərazisindən dəhlizin keçməsinə razı olmasa, o zaman bu layihə İran üzərindən reallaşa bilər. Yəni o demək deyil ki, İrana ərazi iddiası irəli sürülür, yaxud sərhədləri dəyişdirilir, sadəcə, ticarət kommunikasiyasıdır. O baxımdan erməni ekspertlərin həyəcan təbili çalaraq guya iki türk ordusunun Zəngəzura hücum edəcəyi haqda iddiaları təbliğ etməsi, Qərb mediasında da bu fikirlərin piar edilməsi əsassızdır. Bəs xüsusilə Ermənistanın ərazi bütövlüyünə guya təhlükə olması barədə rəsmi Parisin və Fransanın yalanlarında məqsəd nədir? Axı Rusiya da dəhlizin açılmasının vacibliyindən danışır. “Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün Zəngəzur dəhlizi vacibdir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Ermənistan ərazisindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən nəqliyyat marşrutunu bərpa edəcək layihə nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İrəvanla Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş potensialı görürük. Hər şey ölkələrin siyasi iradəsindən və konkret razılaşmalar əldə etməyə hazır olmasından asılıdır”, - Zaxarova bildirib. O zaman hansı hücumdan söhbət gedir? Azərbaycan heç vaxt başqa dövlətin ərazisinə hücum etməyib, hücuma məruz qalıb...

Razi Nurullayev Rəqabət Məcəlləsindən danışdı: "Ucuzluq yaradacağını zənn  etmirəm"

Razi Nurullayev

Deputat Razi Nurullayev “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan və Türkiyənin Zəngəzura hücum edəcəyi uydurmaları şantaj məqsədi daşıyır. Millət vəkili əlavə etdi ki, rəsmi Bakı və Ankara dəfələrlə bu məsələyə münasibət bildirib: “Hər iki ölkə rəsmi səviyyədə bəyan edib ki, Zəngəzur ərazisinə iddia yoxdur, sadəcə, götürülən öhdəliklər yerinə yetirilməlidir, dəhliz fəaliyyətə başlamalıdır. Bu zaman Ermənistanın ərazi bütövlüyünə, sərhədlərinə hər hansı xələl gəlmir. Sadəcə, hazırda Qərbdə "etnik təmizləmə" ittihamı ilə bizə qarşı kampaniya aparılır, bunun tərkib hissəsi kimi də guya Zəngəzura da hücum ediləcəyi cəfəngiyyatının tirajlanmasıdır. Xüsusən də Fransa bu işin başında gedir. Ona görə bu xüsusda ABŞ, Fransa, Almaniya qeyd edirlər ki, Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək lazımdır. Onlar artıq Ermənistanın ərazi bütövlüyündən danışırlar. Guya Ermənistan sərhədlərinə, təhlükəsizliyinə hansısa təhdid var. Təbii ki, şişirdilmiş məsələdir. Bakı və Ankara dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizini zor tətbiq etməklə açmaq niyyəti yoxdur".

R.Nurullayev vurğuladı ki, Ermənistan razılıq verəcəksə, dəhliz açılacaq, əgər etiraz etsələr, İran üzərindən bu marşrutlar fəaliyyətə başlayacaq: “Üçtərəfli sənədə əsasən, Zəngəzur dəhlizində kontrol Rusiyanın olacaq. Ermənistanı narahat edir ki, yola nəzarət ruslarda olacaq. İrəvan görür ki, Rusiya, Türkiyə, Azərbaycan dəhlizin açılmasında maraqlıdır, Gürcüstan da etiraz etmir, İran da yumşalmağa başlayır, təkcə Ermənistan əleyhinə çıxır. Amma bir məqam var - əgər sülh müqaviləsi imzalansa, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılaşacaq. Bu da onun iqtisadiyyatına böyük fayda gətirəcək, o zaman da İrəvanın Tehranla münasibətləri korlanacaq. Bütün hallarda dəhlizin açılacağına inanıram. Amma bu da Ermənistan-İran əlaqələrini pisləşdirəcək”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu bu məsələdə Tehranın da roluna diqqət çəkib. Onun sözlərinə görə, bircə İran hərbçilərinin Qərbi Zəngəzurda “müşahidəçi” adı altında yerləşməsi qalıb ki, Tehran indi də bunu Ermənistana qəbul etdirməyə çalışır. Politoloq İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqerinin “İran Ermənistan-Azərbaycan şərti sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır” bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, Məhəmməd Baqeri bununla ABŞ, Avropa İttifaqı və Rusiyaya “Ermənistanda biz də olmaq istəyirik” mesajını vermək istəyib. “Ermənistan əvvəllər Rusiyadan asılı idi, Kremlin vassalı idi, indi İrəvanın ağalarının sayı artıb. Baş nazir Nikol Paşinyandan bir etiraf da gəlməlidir ki, "biz Ermənistanın təhlükəsizliyini təmin edə bilmirik, qoy maraqlı dövlətlərin hamısının ölkəmizdə hərbi qüvvələri yerləşsin".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR