İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Yaponiya şirkəti ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb

Yaponiyanın “Japan Tobacco International” şirkəti ilə Azərbaycanın əlverişli iqtisadi imkanları, biznes mühiti və şirkətlə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 19 yanvar tarixində “Japan Tobacco International” şirkətinin nümayəndələri ilə görüşdük. Ölkəmizin əlverişli iqtisadi imkanları, biznes mühiti və şirkətlə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq”. - nazir qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR