İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.

Musavat.com xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında nəql edilib.

Xatırladaq ki, Koçanidə konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR