İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin sədrinə iki yeni müavin təyin olunub

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədrinə iki yeni müavin təyin olunub.

Musavat.com xəbər verir ki, bunlar indiyə qədər ASCO-nun Hüquq departamentinin rəisi işləyən Zaur Nağıyev, eləcə də Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi olan Tariyel Mirzəyevdir.

Z.Nağıyev 1982-ci ildə anadan olub, 2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzə bakalavr, 2006-cı ildə isə magistr pilləsində fərqlənmə diplomu ilə bitirib, 2015-ci ildə Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin təşkil etdiyi “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2008-ci ildə isə Böyük Britaniyanın Sauthempton Universitetinin Beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramını bitirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR