İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşı Dağıstanda YOXA ÇIXDI

Azərbaycan vətəndaşı Dağıstanda itkin düşüb.

Lent.az-ın məlumatına görə, Zaqatala rayon Yuxarı Çardaxlar kənd sakini, 43 yaşlı Rəcəb Musadibir oğlu Mehdiyevdən 8 gündür xəbər yoxdur.

Ailəsi ilə birlikdə Mahaçqalaya işləmək üçün gedən Rəcəb Mehdiyev 8 gün əvvəl pul çıxarmaq üçün banka girib. Bankdan çıxandan sonra isə onunla əlaqə kəsilib.

Yaxınları bu barədə Dağıstan polisinə məlumat veriblər.

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Yuxarı Çardaxlar kənd sakinləri Lent.az-a bildiriblər ki, R.Mehdiyev tez-tez Dağıstana gedib-gələn olub. Sonuncu dəfə o, bir müddət əvvəl işləmək üçün Mahaçqalaya gedibmiş. Ora gedəndən bir müddət sonra isə itkin düşüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR