İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ukraynalı uşaqlara tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərini artırır

Azərbaycan ukraynalı uşaqlara tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərini iki dəfə artırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında çıxışı zamanı məlumat verib.

O, Azərbaycanın vəziyyətin gərginləşdiyi ilk günlərdən 27 fevral 2022-ci il tarixindən başlayaraq Ukraynaya ilk humanitar yardımlarını göndərdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın ötən əsrin 90-cı illərindəki acı təcrübəsinə istinadən müharibə və münaqişə dövründə mülki əhalinin, xüsusilə də uşaqların cəmiyyətin ən həssas seqmentlərindən birini təşkil etdiyini yaxşı anladığımızı bildirib. Bu xüsusda, ölkəmiz tərəfindən Ukraynadan olan 100 uşağa tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərildiyi, ilin sonuna qədər bu rəqəmin iki dəfə artırılmasının planlaşdırıldığı qeyd edilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR