Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Qurban bayramının ilk günündə qurbanlıq heyvanların kəsilməsi zamanı aldığı xəsarətlərdən 14 mindən çox insan zərər çəkib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı ölkənin səhiyyə naziri Kamal Memişoğlu açıqlayıb.
Onun sözlərinə görə, Qurban bayramının ilk günündə paytaxt Ankarada 1049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634, Manisada 572 olmaqla ümumilikdə 81 vilayətdə 14 min 372 nəfər aldıqları xəsarətlər səbəbilə həkimə müraciət edib.
Nazir həmçinin xatırladıb ki, müvafiq rituallar peşəkarlar tərəfindən aparılmalıdır.
Xatırladaq ki, 2024-cü ildə Qurban bayramının ilk günündə ölkə üzrə 1274-ü Ankarada, 840-ı İstanbulda, 416-sı İzmirdə olmaqla 16.000-ə yaxın insanın xəsarət aldığını bildirilmişdi.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ