Onlayn ictimai-siyasi qəzet
Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə təqsirli bilinən qadınlar hökmdən narazıdırlar.
“Qafqazinfo”nun məlumatına görə, onların hər üçü - Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova apellyasiya şikayəti veriblər.
Bakı Ağır Cinayərlər Məhkəməsinin hökmü ilə N.Seyidova 8 il 6 ay, A.Bayramova 7 il 6 ay, A.Məmmədova 6 il 6 ay azadlıqdan məhrum edilib. Araşdırma dövründə tanınmış həkimlər də şahid qismində ifadə veriblər.
A.Bayramova və A.Məmmədova ümumiyyətlə özlərini təqsirli bilmirlər. Onlar hesab edirlər ki, verilmiş ittihamlara münasibətdə günahkar deyillər, amma birinci instansiya məhkəməsində işlərinə düzgün baxılmayıb. Hər ikisi bəraət istəyir. N.Seyidova isə digərlərindən fərqli olaraq, bəzi ittihamlarla razıdır. Amma ona təyin edilmiş 8 il 6 ay həbs cəzasını ağır hesab edir. O, yuxarı instansiyadan cəzasının yüngülləşdirilməsini istəyir.
Bütün şikayətlər Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Yaxında yeni məhkəmə başlayacaq.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə onun işçiləri olub. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər.
İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ