Onlayn ictimai-siyasi qəzet
Xoşqədəm Hidayətqızına ağır itki üz verib.
Musavat.com Manşet.az-a istinadən xəbər verir ki, Əməkdar jurnalist, “Üç nöqtə” qəzetinin baş redaktoru, “Səni Axtarıram” layihəsinin rəhbəri ve aparıcısı Xoşqədəm Hidayətqızının atası bu gün səhər saatlarında rəhmətə gedib.
Qeyd edək ki, onun atası 5 il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Musavat.com bildirir ki, Xoşqədəm Hidayətqızının anası Ofelya Baxşəliyeva bu ilin aprel ayında dünyasını dəyişmişdi.
Rauf Arifoğlu və Yeni Müsavat Media Qrupunun kollektivi həmkarları Xoşqədəm Hidayətqızına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ