Onlayn ictimai-siyasi qəzet
Moskva Hərbi Məhkəməsində tanınmış keçmiş müğənni Avraam Russo iş adamı Telman İsmayılovun şəxsi mühafizəçisi olmuş Tarxan Eldukayevin işi üzrə ifadə verib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Eldukaev Russo da daxil olmaqla, qətllər və adam öldürməyə cəhdlə bağlı işdə suçlu bilinir.
Qapalı məhkəmə iclası gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Belə ki, məhkəmənin yerləşdiyi küçə yol polisi əməkdaşları tərəfindən bağlanıb, binanın yaxınlığında çevik polislər zirehli furqonla keşik çəkiblər. Proses bitdikdən sonra da heç kimin Avraam Russo ilə danışmasına icazə verilməyib: onu tez bayıra çıxarıb maşına mindiriblər və o, dərhal oradan uzaqlaşdırıblar.
Bildirilir ki, məhkəmədə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında mübahisə də olub. Vəkil Andrey Aleşkinin sözlərinə görə, Russo 2004-2006-cı illərdə baş verən hadisələrdən ətraflı danışıb, deyib ki, onu qaçırıblar, sonra isə idarə etdiyi avtomobilə atəş açaraq onu öldürməyə cəhd edilib. Zərərçəkmiş bildirib ki, Eldukayev həmin vaxt Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun mühafizə xidmətinə rəhbərlik edib və onun göstərişlərini yerinə yetirib. Avraam Russonun dediyinə görə, “AST Telman” onu "öz mülkiyyəti" kimi qəbul edib və sahibi olduğu "Praqa" restoranından başqa heç bir yerdə çıxışını qadağan etməyə çalışıb.
Russonun sözlərinə görə, 2004-cü ilin yanvarında İsmayılov öz əlaltıları ilə onu döyüb, estrada fəaliyyətini onun şərtləri əsasında davam etdirməyi tələb edib. Bundan başqa, müğənnini döydükdən sonra İsmayılovun Moskva ətrafındakı evinə aparıblar, artist bütün tələblərlə razılaşmayanadək orada saxlayıblar.
Baş verən hadisədən sonra müğənni İsmayılovla əlaqə saxlamayıb, lakin münaqişə bununla bitməyib. 2006-cı ildə Russoya hücum olunub: müğənninin avtomobilini avtomatdan atəşə tutublar, artist üç güllə yarası alıb.
Bundan əvvəl Avraam Russonun Eldukaevə qarşı 10 milyon rubl təzminat iddiası qaldırdığı bildirilirdi. Tarxan Eldukaev Çeçenistan əsilli və keçmiş hərbçidir. O, T.İsmayılovun sifarişi ilə bir neçə qətli icra etməkdə suçlanır. Rusiya mediası yazır ki, ittihamları qəbul etməsə də, Ukraynaya qarşı müharibədə könüllü iştirak etmək, hətta qohumlarından ibarət bölük yaratmaq arzusunu da dilə gətirib.
Rusiyanın İstintaq Komitəsi Telman İsmayılov bir neçə ağır cinayərdə suçşlayır və illərdir axtarışdadır. Onun Balkan ölkələrinin birində vətəndaşlıq aldığı və orada biznesini davam etdirdiyi deyilir.
Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçini Telman İsmayılov Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib. Rusiyaya gələn erməni Abraxam İpcanov adını dəyişərək Avram Russo olub və 2001-ci ildən etibarən Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib. Özünə Rusiya şou-biznesində yer etdikdən sonra Avraam öz erməni xislətinə sadiq qalaraq, “AST Telman”dan üz döndərdi. Avraam öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Livan, Fransa və Suriyada yaşayıblar.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ