İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirləri arasında görüş keçirilib

Türkmənistanın Avaza turizm zonasında Azərbaycan, Türkiyə və Türkmənistanın energetika nazirləri Pərviz Şahbazov, Fatih Dönməz və Çarımurad Çurpekov arasında görüş keçirilib.

"Report"un Türkmənistan mətbuatına istinadən verdiyi xəbərə görə, nazirlərin görüşündə enerji sektorunda əlaqələrin inkişafına təkan verəcək mühüm sazişlərin imzalanmasına hazırlıq işləri müzakirə olunub.

Türkmənistan tərəfi dünya, o cümlədən Avropa bazarlarına enerji daşıyıcılarının tədarük həcminin artırılmasında və şaxələndirilməsində maraqlı olduğunu ifadə edib. Tərəflər Türkmənistan təbii qazınının Azərbaycan və Türkiyə ərazisindən keçməklə Avropaya nəqlini müzakirə ediblər.

Türkmənistanın dövlət informasiya agentliyi xəbər verir ki, tərəflər Türkmənistanın elektrik enerjisinin ixracından danışarkən bu sahədə tərəfdaşlığın genişləndirilməsi ilə bağlı meydana gələn imkanların razılaşdırılmış beynəlxalq əməkdaşlığın qurulmasını şərtləndirdiyi barədə yekdil razılığa gəliblər.

Xatırladaq ki, Türkmənistanın Avaza şəhərində həmçinin Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin iclası keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR