İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Tibb Universitetində təhlükəli anlar - VİDEO

Azərbaycan Tibb Universitetində təhlükəli anlar yaşanıb.

Bunu əks etdirən görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Belə ki, təmizlik işçisi xanım heç bir təhlükəsizlik tədbirləri görmədən ikinci mərtəbədə yerləşən pəncərələri silir. Təmizlik işləri görən xanım bu addımı ilə həyatını riskə atır. 

Bununla bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova BAKU.WS-ə açıqlamasında bildirib ki, universtet bu işlər üçün xüsusi təmizlik şirkəti ilə müqavilə imzalayıb. 

"Bu işləri razılığa gəldiyimiz şirkət həyata keçirir. Şirkətin nümayəndələri öz bəlirlədikləri vaxtlarda gəlib təmizlik işlərini aparırlar. Ona görə də bu tip məsələlərdə bütün məsuliyyət şirkətin boynuna düşür", - deyə Günel Aslanova bildirib. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR