İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Şuşadakı kilsədən görüntülər yaydı - Ermənilər HƏRƏKƏTƏ KEÇDİ

Azərbaycanın Şuşadakı kilsənin görüntülərini yayması erməniləri özündən  çıxarıb. Onlar bu görüntüləri həzm edə bilmirlər. 

Bu barədə infoteka24-ün məlumatına nəzər salaq. Ermənilərin Azərbaycana qarşı çoxəsrlik iftiralarına bir daha şahid olaq:

“Azərbaycan Şuşadakı guya “bərpa edilmiş” Müqəddəs Qazançetsots (Müqəddəs Xilaskar - red.)  kilsəsinin kadrlarını qürurla nümayiş etdirir. Məlum olduğu kimi, “bərpa” 44 günlük müharibə zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin iki aviazərbəsi nəticəsində dağıdılan kilsənin günbəzinin sökülməsindən ibarət olub. Həmçinin, kilsənin divarlarından və ərazisindən bütün erməni rəmzləri sökülüb. 

Yada salaq ki, Azərbaycan dinc əhalinin orada gizləndiyi bir vaxtda kilsəni atəşə tutub. Zərbə nəticəsində Rusiyanın hərbi müxbiri Yuri Kotenok ağır yaralanıb.

Azərbaycan 4 ilə yaxın idi ki, kilsənin ərazisində hansı işlərin aparıldığını gizlədirdi. Bu gün artıq sirr deyil: Müqəddəs Qazançetsots bir məqsədlə - onu “başqa Udi kilsəsi” kimi təqdim etmək üçün şikəst edilib və vandallaşdırılıb”.

Ermənilər bu paylaşımla əslində özləri-özlərini ifşa edirlər. Onlar törətdikləri hərbi cinayətləri və vəhşilikləri ört-basdır etmək üçün total yalanlardan istifadə edirlər. Bu yalanlara isə özlərindən və özlərikimilərdən başqa inanan yoxdur. 

Musavat.com xatırladır ki, Müdafiə Nazirliyi 8 oktyabr 2020-ci ildə bildirmişdi ki, Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur:

“Oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır”.

Hər saniyələri yalan, iftira üzərində qurulan ermənilər unudublar ki, Azərbaycan Ordusu kilsə və digər mülki təyinatlı obyektləri hədəfə almır. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR