İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti Ukrayna ilə F-16 müqaviləsini TƏSDİQLƏDİ

ABŞ Dövlət Departamenti Ukrayna ilə F-16 qırıcılarının istismarı və texniki xidməti üçün təlim xidmətlərinin göstərilməsini nəzərdə tutan təxminən 311 milyon dollarlıq müqaviləni təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi yayıb.

Bildirilir ki, “Dövlət Departamenti F-16 təyyarələrinin təlimi və texniki xidməti və müvafiq avadanlıq üçün Ukrayna hökumətinə 310,5 milyon dollar məbləğində mümkün Xarici Hərbi Satışı təsdiqləyib”.

Müqavilə qırıcıların modifikasiyası, onlara texniki xidmət göstərilməsi, pilotların və texniki heyətin hazırlanması, eləcə də ehtiyat hissələrinin, avadanlıqların və proqram təminatının təchizatını əhatə edir.

Müqavilə çərçivəsində təchizatçılar arasında Lockheed Martin Aeronautics, Pratt & Whitney və BAE Systems var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR