İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan səfirliyi Kiyevdə xeyriyyə yarmarkasına qoşulub

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə təşkil olunan xeyriyyə yarmarkasında iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev sosial media hesabında məlumat verib.

“Səfirlik olaraq, Kiyevdə Ukrayna Diplomatik Akademiyasında ehtiyacı olan uşaqlar üçün vəsait toplamaq məqsədilə keçirilən “Ukrayna üçün birlikdə qayğıkeş ürəklər” xeyriyyə yarmarkasında iştirak etməkdən məmnunluq duyuruq. Tədbir çərçivəsində Azərbaycanın zəngin folkloru, ləziz mətbəxi və “Made in Azerbaijan” brendi altında istehsal edilən məhsullar nümayiş etdirildi”, – deyə səfir qeyd edib.

Qeyd edək ki, sentyabr ayında Seymur Mərdəliyev Ukraynanın ətraf mühit naziri Svitlana Hrınçukla görüşərək iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsini müzakirə etmişdi. 

 

Musavat.com

Screenshot_3.png (529 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR