İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan şahmatçısı FIDE turnirlərində iştirakdan imtina edib

Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayacağını açıqlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster bu barədə şəxsi feysbuk hesabında bildirib.

"Nə qədər ki, FIDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.

Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR