İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Rusiya sərhədində 186 ədəd sərhəd nişanı quraşdırılıb

Dövlət Sərhəd Xidmətinin yaranmasının 103 illiyi münasibətilə mətbuat konfransı təşkil edilib.

Musavat.com xəbər verir ki, öncə sərhədçilərin Vətən müharibəsində fəaliyyətini əks etdirən "Əsrə bərabər gün" filmi nümayiş olunub. 

DSX-nin rəis müavini general-leytenant Abbas Xəlilov bildirib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib:

"Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, 186 ədəd sərhəd nişanı quraşdırılıb. Onlardan 142-si əsas, 44-ü köməkçidir. Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş hərbi qulluqçularının ailə üzvlərinə lazımi diqqət və qayğının göstərilməsi, yaralanmış hərbi qulluqçuların DSX Hərbi Hospitalında, respublikamızın ixtisaslaşmış tibb müəssisələrində müayinəsi, müalicəsi, reabilitasiyası təmin olunub və onlardan ağır yaralanmış (xəsarət almış) hərbi qulluqçuların xarici ölkələrdə müalicəsi təmin edilib".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR