İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Rusiya Birgə Komissiyasının tərkibi yenilənib

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan-Rusiya Birgə Komissiyasının yeni tərkibi barədə sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı kimi müəyyən edilib:

Komissiyanın sədri:

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini

Komissiyanın üzvləri:

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsi müdirinin müavini
Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr Baş İdarəsinin Həmsərhəd Ölkələrlə Əməkdaşlıq İdarəsinin rəisi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidro-mete¬o¬rologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin Nəqliyyat infrastrukturu sektorunun baş məsləhətçisi
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı şöbəsinin Su ehtiyalarının idarə olunması, su anbarları və magistral kanalların istismarı sektorunun müdiri.

Sərəncamla Xarici İşlər Nazirliyinə Birgə Komissiyanın yeni tərkibi barədə Rusiya tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR