İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan quşçuluq təsərrüfatları qardaş yardımına qoşuldu

Ölkəmizdə qardaş Türkiyədə faciəli nəticələrə səbəb olan təbii fəlakətdən zərərçəkənlərə yardım kampaniyası getdikcə genişlənir. Xalqımız türkiyəli qardaşları üçün əlindən gələn dəstəyi verir. Bu prosesə Azərbaycan sahibkarları biznes də aktiv qoşulub.

Azərbaycan quşçuluq müəssisələri də faciədən zərərçəkən qardaşlarımıza, bacılarımıza yardım kampaniyasına qoşularaq Türkiyədə açılan yardım hesablarına irihəcmli vəsaitlər köçürüblər. Bundan əlavə, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi də müvafiq hesaba büdcəsinin imkan verdiyi qədər vəsait köçürüb.

Bu barədə Musavat.com-a Assosiasiyanın Analitika və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli bildirir ki, qardaş evində dərd varsa, rahat olmaq mümkün deyil: “Acımız çox böyükdür. Türkiyədəki qardaşlarımız ən ağır faciəyə məruz qalıblar. Bu faciədən necə təsirləndiyimizi sözlə ifadə etmək mümkün deyil. Assosiasiyamıza üzv olan quşçuluq müəssisələrinin hər biri ayrılıqda yardım etsələr də, özümüzə borc bildik ki, bu qazandan da bir pay ayıraq. Bu gün hamımız yumruq olaraq, qardaşımızın harayına çatmalıyıq. Yalnız əlimizdə olan imkanları tam səfərbər etməklə üzləşdiyimiz fəlakətdən əziyyət çəkən qardaşlarımızı ağır vəziyyətdən mümkün qədər tez çıxara bilərik. Allah faciədə həyatını itirən bütün insanlara rəhmət eləsin”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR