İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan qadınları dünyanın ən sağlamları arasındadır

Musavat.com xəbər verir ki, Hologic şirkətinin keçirdiyi qlobal araşdırmaya əsasən, Azərbaycan qadınları sağlamlıq göstəricilərinə görə yüksək yerlərdən birini tutub.

Sorğuda 142 ölkə və bölgədən 146 min qadın iştirak edib. 2023-cü il boyunca toplanan məlumatlar 2024-cü ildə analiz edilib. Qiymətləndirmə zamanı profilaktika, emosional sağlamlıq, əsas ehtiyaclar və fərdi sağlamlıq kimi meyarlar nəzərə alınıb.

Qadın sağlamlığı indeksində ilk onluğa Tayvan, Küveyt, Avstriya, İsveçrə, Finlandiya, Almaniya, Sinqapur, Danimarka, Slovakiya və Lüksemburq daxil olub.

Postsovet məkanında Estoniya 11-ci, Qazaxıstan isə 12-ci yeri tutaraq ən yaxşı nəticəni göstərib. Digər nəticələrə görə, Rusiya 51-ci, Gürcüstan 72-ci, Türkiyə 76-cı yerdə qərarlaşıb. Regionda ən zəif göstərici isə 89-cu yeri tutan Ermənistana aiddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR