İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan özünün valyuta fondundan Türkiyəyə 2-3 milyard pul yatırmalıdır” – Tural Abbaslıdan təklif - VİDEO

“Türkiyə naminə sammit təşkil etməliyik”.

Bu sözləri hazırda TV Müsavatın efirində yayımlanan, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə “Dərin Təhlil” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin bunu təşkil etməyə siyasi gücü var: “İlham Əliyev bu forumu yığa bilər. Türkiyəyə marşal planı tipində yardım planı olmalıdır. Azərbaycan özünün valyuta fondundan 2-3 milyard pul yatırmalıdır. Qazaxıstan, Qırğızıstan, Qətər bura yatırım etməlidir. Təşəbbüs Azərbaycandan gəlməlidir. Türkiyə dövləti bunu özünə, hədəflərinə, qüruruna sığışdırmaya bilər. Bunu biz etməliyik. Yaralarının sarılması, yola davam edilməsi üçün bu, çox önəmli maliyyədir. Niyə Türk İslam dövləti dura-dura Amerikaya, Avropaya möhtac qalmalıdır? Bu təşəbbüsü məhz biz etməliyik”.

Verilişi izləmək üçün aşağıdakı linklərə daxil ola bilərsiz.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR