İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan müxalifəti Türkiyəyə yardım kampaniyasına qatıldı: ADLAR

Azərbaycan Xalq Partiyası qardaş Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qatılıb.

Bu barədə Musavat.com-a AXP mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, Ziraat Bankda açılmış hesaba AXP üzvlərinin topladığı 500 manat (təxminən 300 ABŞ dolları) keçirilib. Bundan başqa məlumatda deyilir ki, partiyanın yerlərdə ayrı-ayrı üzvləri də Türkiyədə zəlzələdən zərər çəkənlərə müxtəlif yardım kampaniyalarında iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir.


AĞ Partiya da qardaş ölkədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qoşulub. Partiyanın sədri Tural Abbaslının Musavat.com-a verdiyi məlumata görə, partiya Ziraat Bankda açılmış hesaba müyyən məblğdə vəsait köçürüblər.

Rayon təşkilatlarına və üzvlərinə isə yardım kampaniyasında fərdi qaydada iştirak üçün sərbəstlik verilib. Üzvlər və yerli təşkilatlar kampaniyada iştirak edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR