İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan minalara, partlamamış hərbi sursatlara görə dünyanın ən çirklənmiş ölkəsidir"

"Azərbaycan minalara, partlamamış hərbi sursatlara və müharibənin partlayıcı qalıqlarına (MHQ) görə dünyanın ən çirklənmiş ölkəsi kimi qeydə alınıb".

Musavat.com bildirir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Daha sonra ANAMA əməkdaşı qeyd edib:

"Minatəmizləmə işləri Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində infrastrukturun təhlükəsiz bərpası, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması və sülhməramlı proseslərin gücləndirilməsi, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün ilkin şərtdir. ANAMA münaqişə zonasında zəruri infrastrukturun, o cümlədən yaşayış massivlərinin, qəbiristanlıqların, yolların, kanalların, elektrik xətlərinin çoxsaylı minalardan, improvizə olunmuş partlayıcı qurğulardan, iriçaplı raketlərdən təmizlənməsini davam etdirir".


Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR