İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan milli mətbəxi İsveçdə nümayiş etdirilib

İsveçin Göteborg şəhərində hər il odluğu kimi, bu il də təşkil olunmuş dünya ölkələrinin mədəniyyət və milli mətbəx festivalı keçirilib. Azərbaycanı İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Azadlıq Mərkəzi təmsil edib.

Mərkəzdən Musavat.com-a verilən məlumata görə, Azərbaycanın milli mətbəxi, ləziz xörəkləri, şirniyyatları festivalda nümayiş etdirilib.

İsveçdə yaşayan azərbaycanlılar tərəfindən hazırlanmış milli yeməklər və şirniyyatlar əcnəbilər tərəfindən çox bəyənilib.

Qeyd edək ki, festivalda yüzdən çox ölkənin təmsilçisi iştirak edib, mindən çox milli mətbəx nümunələri təqdim edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR