İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əsilli müğənni Astanada Paytaxt Gününə həsr olunmuş konsertdə çıxış edəcək

Postsovet məkanında tanınmış Azərbaycan əsilli müğənni Jah Khalib (Bəxtiyar Məmmədov) Astanada Paytaxt Gününə həsr olunmuş konsertdə çıxış edəcək.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, Bəxtiyar Məmmədov İnstaqramda paytaxta gəlməsi ilə bağlı xəbər yayıb.

“Astana, biz buradayıq! Axşam Expo-da görüşərik", - deyə o, fanatlarına səslənib.

Daha əvvəl Open Air-in təşkilatçıları konsertdə Marjan Arapbayeva, Ayka, Dos, Aksa, Miras Jugunusov, Kazbek Kuraiş, Yerkeş Hasen, Qanay, "Qrup-91"-in çıxış edəcəyini, həmçinin xüsusi qonağın konsertə qatılacağını açıqlamışdı.

Maraqlıdır ki, Qazaxıstan mediası Bəxtiyar Məmmədovu "tanınmış qazax müğənnisi" kimi təqdim edir. Atası azərbaycanlı, anası qazax olan Jah Khalib 1993-cü ildə Almatı şəhərində doğulub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR