İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan əsgərləri Xankəndiyə girib" - Xankəndi sakini "Azadlıq" radiosuna görün nələr dedi

"Azərbaycan Ordusu artıq Xankəndiyə girib. Vəziyyət çox gərgindir. Azərbaycanlılar artıq qonşudakı qəbiristanlığa giriblər. Atəş səsləri eşidirik. Ötən gecə nisbətən sakit keçdi, evdə gecələdik. İndi evdən çıxmalıyıq. Atışma yenidən başlayıb. Vəziyyət çox acınacaqlıdır".

Musavat.com xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni xidmətinə Xankəndi sakinləri deyib.

Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, Xankəndi istiqamətində hücuma keçməklə bağlı məlumatlar yalandır. 

Qeyd edək ki, Azərbaycan Qarabağda lokal antiterror tədbiri keçirib. Bundan sonra Qarabağdakı separatçı rejim danışıqlar aparmağa məcbur olub. Azərbaycan müəyyən şərtlərlə antiterror tədbirlərini dayandırıb. Yevlaxda erməni icmasının nümayəndələri ilə Azərbaycanın Mərkəzi hakimiyyəti arasında görüş keçirilib.

Daha ətraflı videosüjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR