İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan-Ermənistan danışıqlarında Rusiya qəbuledilməz variantlar təklif edir" -Britaniya səfiri

Rusiyanın təklif etdiyi variantların qəbuledilməz olduğuna dair sübutlar var.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallaqer martın 20-də İrəvanda, “Cənubi Qafqaz: Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusunda keçrilən konfransda bəyan edib.

“Ancaq sülh prosesi gedir. Böyük Britaniya hər iki tərəfə konstruktiv şəkildə məqbul həllər tapa bilməsi üçün hər cür kömək etməyə hazırdır”,-deyə o, qeyd edib.

Onun sözlərinə görə, nə qədər ki, sülhün bərqərar olması imkanı var, bundan yararlanmaq lazımdır.

“Tərəflər arasında dialoqu təşviq etmək və davamlı həllini təmin etmək lazımdır. Hansı platformanın daha effektiv olması ilə bağlı suallar ola bilər, lakin buna tərəflər qərar verməlidir. ”, - deyə səfir əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR