İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa etdi”- Amerikalı nümayəndə

 

“Şuşada qalmaq həmişə möcüzə kimidir. Siz çox gözəl bilirsiniz ki, bütün dünya ərazi bütövlüyü prinsipindən nə danışır”.

Musavat.com “caliber”ə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri Liseyinin nümayəndəsi Brenda Şefer bildirib. O deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü təkbaşına bərpa edib.

O qeyd etdi: “BMT-nin qəbul etdiyi qətnamələr uzun illər icra olunmamış qaldı. Azərbaycan təşəbbüsü ələ alaraq BMT-nin qətnamələrini müstəqil şəkildə yerinə yetirdi”.

Brenda bildirib ki, hər dəfə Şuşaya səfər edəndə Azərbaycanın mədəniyyət paytaxtının daha da canlanması onu valeh edir. “Hər dəfə bura gələndə Şuşanın tədricən əvvəlki şöhrətinə qayıtmasının şahidi oluram”, - deyə o vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR