İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan çay şirkəti bağlanır

“Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə "APA-Economics"ə şirkətin İdarə Heyətindən bildirilib.

Məlumata görə, yığıncaqda Səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyası (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, şirkət 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 min 70 manat, qanuni təmsilçisi isə Gülqayit Haciəli Qızı Quliyevadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR